Xırdalanda intihar məqsədilə keçidin üzərinə çıxdı - Video

Xırdalanda bir nəfər intihara cəhd edib.

Şəxsiyyəti hələlik müəyyən olunmayan kişi özünü yerüstü keçidin üstündən atmaq istəyib.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

FHN-dən bildirilib ki, xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər. Aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ