Şirvanda zavodda partlayış olub: ölən var

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.

APA-nın məlumatına görə, hadisə saat 11.30 radələrində qeydə alınıb.

Yığma sexində sursatın partlaması nəticəsində bir nəfər işçi ölüb, daha bir işçi isə müxtəlif xəsarətlərlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ