İlham Əliyev bölgələrə səfər zamanı maşını niyə özü sürür?

“Ölkəni gəzirəm, səyahət edirəm. Və bunu maşınla edirəm”. 

Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlət başçısı bölgələrə səfər zamanı avtomobili özünün idarə etməsinin səbəbini belə açıqlayıb:

“Maşınla hərəkət edəndə daha çox görürəm, nəinki helikopter və ya təyyarə ilə səyahət edəndə. Və yerlərdə olan məmurlar bilirlər ki, gələn dəfə gələndə bunu yoxlayacam, nəzarət edəcəm”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ