Azərbaycan Slovakiyada səfirlik açır

Azərbaycan daha bir ölkədə səfirlik açır.

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi səsverməyə çıxarılıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihə barədə məlumat verib.

O bildirib ki, son illər Azərbaycanın xarici əlaqələri, o cümlədən Avropa ölkələri ilə münasibətləri günü-gündən artır.
“Münasibətlər getdikcə inkişaf edir və Mərkəzi Avropada yerləşən Slovakiyada səfirliyin açılması vacib əhəmiyyət kəsb edir. Həmin ölkənin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Odur ki, bu layihənin qəbulu təqdirəlayiqdir”.

Qanun layihəsi qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ