Azərbaycanda dəhşətli qəza: çoxlu sayda ölənlər var - VİDEO + YENİLƏNİB

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

Buta.media "Report"a istinadən xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası, 1945-ci il təvəllüdlü Sücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi, 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.

Yaralılar:

1. Samux rayon Seyidlər kənd sakini, 1957-ci il təvəllüdlü Gülsənəm islam qızı Qənbərova

2. Şəmkir rayon sakini, 2015-ci il təvəllüdlü Gülbahar Qüdrət qızı Gülməmmədova

3. Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Səadət Kamandar qızı Nəsibova

4. Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Zinyət Qüdrət Qızı Gülməmmədova

5. Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Qüdrət Vidadi oğlu Gülməmmədov

6. Şəmkir rayon sakini Nərgiz Həmzəyeva

7. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Dürdanə Süleymanova

8. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Rühiyə Raqif qızı Yahyayeva

9. Şəmkir rayon sakini, 1967-ci il təvəllüdlü İradə Abdulla qızı Məmmədova

10. Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü Rübabə Mamayeva

11. Şəmkir rayon sakini, Gülsənəm İslam qızı Qənbərova.

Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya və Reanimasiya şöbələrinə yerləşdirilib. Onlardan biri - Zinyət Gülməmmədova isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

16:54

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Buta.media report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmilli kəndi ərazisində baş verib. 

İlkin məlumatlara görə, "Mercedes-Sprinter" markalı sərnişin mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ