İsrailin müdafiə naziri Bakı bulvarında qaçdı

İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.

Nazir “Twitter” öz şəklini paylaşaraq “Azərbaycan, Bakıdan sabahınız xeyir” yazıb.

Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.

Qeyd edək ki, Y.Qallant Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olmaqla yanaşı, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ