Bakı metrosunda qadınlarla polis arasında dava düşüb - video

Sərnişinlərlə polislər arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib. Görüntülər ötən gün metronun “Əhmədli” stansiyasında çəkilib.

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev deyir ki, polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişin olan iki qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər.

“Hadisə də bundan sonra baş verib”.

Qeyd edək ki, iki ilə yaxındır ki, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı Metropoliteninin bütün stansiyalarının girişində çantaların yoxlanması üçün rentgen aparat qurulub.

Metropolitenə keçirilməsi qadağan olunan əşyalar bu cihazlar vasitəsi ilə aşkarlanır.

Daxili İşlər Nazirliyinin əməkdaşı deyir ki, əgər hər hansı bir sərnişindən qadağan edilmiş əşya aşkar edilərsə onun davranışlarına diqqət edilir.

Qeyd edək ki, saxlanılan şəxslər barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ