İran XİN rəhbəri Tehrandakı səfirliyimizə hücumdan danışdı

Biz Azərbaycanın təhlükəsizliyini həm öz təhlükəsizliyimiz, həm də regionun təhlükəsizliyi hesab edirik.

Bunu Bakıda səfərdə olan Hüseyn Əmir Abdullahiyan jurnalistlərə açıqlamasında bildirib.

O, bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman Azərbaycanın Tehrandakı səfirliyinə hücuma da toxunduqlarını qeyd edib.

“Mən bəyan etdim ki, biz bu insidentdən hiddətlənmişik və təəssüflənmişik. Azərbaycanla razılaşdırdıq ki, biz bu insidentlə bağlı prosesi tezliklə yekunlaşdıraq. Bu cinayəti törədən şəxs ağır şəkildə cəzalanacaq və məsuliyyətə cəlb olunacaq”, - o qeyd edib.

Nazir onu da qeyd edib ki, diplomatik korpusun təhlükəsizliyi ilə bağlı hər hansısa bir qurumun və şəxsin qüsuru varsa və bu isbat olunacaqsa, onlar da öz cəzalarını alacaqlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ