Azərbaycanda ilin tələbəsi oldu - Almaniyada çalışacaq

Azərbaycan Universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.

 “Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata görə, bu ada Səbinə Feyzullayeva layiq görülüb.

Bildirilib ki, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdü alıb.

Bu il isə 98,21 balla ATU-dan məzun olub.

O, iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ