Bakıda yük avtomobili beş maşına çırpılıb, xəsarət alanlar var - video

Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində yol ötürücüsündə baş verib.

Belə ki, içərisində qoşqusunda dəmir boru daşıyan “KamAZ” markalı yük maşının sürücüsü idarəetməni itirib. Nəticədə yük avtomobili eyni istiqamətdə olan “Mercedes” və “Qazel” markalı yük maşınlarına çırpılıb. İdarəetmədən çıxan “KamAZ” tuneldə yol ayrıcı betona çırpılaraq əks yola çıxıb. 

Bu zaman “Toyota”, “Range Rover” və “Hyundai” markalı minik avtomobilləri yük maşınına çırpılıb. “KamAZ” beton divara dəyərək dayanıb. “Mercedes” markalı yük maşının sürücüsü Elnur İsgəndərov bildirib ki, “KamAZ”ın sürücüsü sükan arxasında yuxulayıb. Qəza nəticəsində “KamAZ”ın və “Qazel”in sürücüsü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Yolda təhlükəsizliyi təmin etmək üçün Ziya Bünyadov prospektində 20 Yanvar istiqamətində tunelə giriş bağlanıb.

Sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyyə edilib. Hazırda qəzaya uğramış ağır tonajlı maşınların evakuator vasitəsilə ərazidən uzaqlaşdırılması işləri aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ