Nazir verdiyi sözü tutub onunla nərd oynadı - video

Bu gün “İnsan Resursları Zirvəsi 2023” tədbirində maraqlı məqam baş verib.

“Qafqazinfo”nun məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov tədbir iştirakçılarından Vəfadar Babayev tərəfindən nərd duelinə dəvət olunmuşdu.

Nazir isə bu təklifə müsbət cavab verərək, görüşün tezliklə baş tutacağını bildirmişdi.

Gün ərzində isə artıq həmin duel gerçəkləşib.

Vəfadar Babayev oyunun nəticəsi ilə bağlı sosial şəbəkə hesabında məlumat verib:

"İlk oyunda mars etsəm də, sonda təəssüf ki, Fərid bəy qalib gəldi".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ