Azərbaycanda koronavirus: bir yeni yoluxma qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 584 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 17 nəfərdir.

Ölkədə son sutka ərzində 1 145, hazırkı dövrədək isə 7 633 559 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ