Qobustan və Xəzərdə zəlzələ olub

Ötən gecə Qobustan rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:37-də Qobustan stansiyasından 12 km cənubda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.

Bundan əlavə yeraltı təkanlar səhər saat 05:09-da Xəzər dənizində 3,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 56 kilometr dərinlikdə yerləşib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ