Külək məktəbin damını uçurdu - Video

İsmayıllı rayonunun Aşıqbayramlı kənd orta məktəbinin dam örtüyünün bir hissəsi uçub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hadisəyə səbəb ötən günün ikinci yarısından başlayan güclü külək olub. 

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib: “Yaxın müddətdə lazım olan işlər görüləcək. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda məktəbdə tədris davam etdirilir”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ