Putin azərbaycanlı alimi təltif edib

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya‑mineralogiya elmləri doktoru, professor Vaqif Kərimovu təltif edib.

RF dövlət başçısı bununla bağlı fərman imzalayıb.

“Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti Federal Dövlət Büdcə Ali Təhsil Müəssisəsinin kafedra müdiri Vaqif Yunus oğlu Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilir”, - sənədin mətnində deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ