Qobustandakı qəzada ölənlərin sayı altıya çatdı - video

Dünən səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində baş vermiş ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.

Xəstəxanaya yerləşdirilən Şamaxı şəhər sakini, 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızı orada vəfat edib.

Qeyd edək ki, “Kia” markalı avtomobilin aşması ilə nəticələnən qəzada Ş.Nuriyevanın oğlu, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və onun nişanlısı 2006-cı il təvəllüdlü Səmayə Talıbova, eləcə də sürücü,  1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, onun həyat yoldaşı, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova və azyaşlı övladı da dünyasını dəyişib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ