Buzovnada qadın yadplanetlilər tərəfindən qaçırıldığını iddia edir - video

Paytaxtın Buzovna kənd sakini Xatirə Hüseynova yadplanetlilərlə əlaqədə olduğunu iddia edir.

“Gördüm pəncərə tərəfdən gəlirlər. Boyları 60-70 sm olardı. Yaxınlaşdılar, üzümə neon işığı tutdular, üzüm yanmağa başladı. Sonra televizorda gördüklərimi göstərdilər”, - qadın deyib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy da iddia edir ki, yadplanetlilər mövcuddur, onlar Yerə xəbərdarlıq etmək üçün gəlirlər:

“Məqsədlər çox ola bilər. Nüvə partlayışı təhlükəsi yarananda Yer planetinin yox olmasını istəmirlər. Ona görə də bura gəlməklə müəyyən hadisələrin qarşısını ala bilər, həm də Yer kürəsini ziyarət edərək bizə müəyyən məlumatlar verə bilərlər”.

Onun sözlərinə görə, uçan boşqablar Azərbaycanda da tez-tez qonaq olur: “Yay mövsümündə dənizkənarı kəndlərin, məsələn, Buzovnanın sakinləri UNO-nun gediş-gəlişini müşahidə edə bilirlər”.

F.Qurbansoy bildirir ki, bəşəriyyət yadplanetlilərlə qarşılaşmağa hazır deyil: “Onlar bir neçə dəfə özlərini göstərmək istəsələr də, kosmik gəmiləri raketlərlə vurulub”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ