Ermənistanla sərhədin delimitasiyasi üzrə komissiyanın katibi təyin edilib

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.

Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nəcəfbəyli komissiyanın katibi təyin edilib.

Sərəncam aprelin 10-u imzalanıb.

Qeyd edək ki, Baş nazir Əli Əsədov ötən ilin oktyabrında Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ