Azərbaycanda koronavirus: 95 yeni yoluxma

Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, son gün ərzində koronavirus infeksiyasına 95 yeni yoluxma qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Məlumata görə, xəstəlikdən ölən olmayıb.

Ölkədə indiyədək ümumilikdə 830 230 nəfər koronavirusa yoluxub. Onlardan 819 533 nəfər müalicə olunaraq sağalıb, 10 196 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 501 nəfərdir.

Son gün ərzində 795, hazırkı dövrədək isə 7 566 492 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ