Bakıda itən məktəbli tapıldı - FOTO + YENİLƏNİB

Bakıda itən 13 yaşlı məktəbli qız tapılıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, 4-cü mikrorayonda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevadan tapılaraq ailəsinə təhvil verilib.

09:16

Dünən günorta saatlarında Bakıda gənc qız itib.

Qızın ailə üzvlərinin Buta.media-ya verdiyi məlumata görə, 7-ci sinifin şagirdi Aydan Əliyeva 5 nömrəli tam orta məktəbdən çıxıb birdə evə qayıtmayıb.

Qeyd olunur ki, gənc qız Nəsimi rayonu ərazisində itib.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ