Gəncədə evdən müğənni ilə rəqqasənin meyiti tapıldı

Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının evdə meyitləri aşkarlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş. 

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva isə rəqqasə olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ