Azərbaycan vətəndaşları Dubaya buraxılmır?

Son günlər yüzlərlə Azərbaycan vətəndaşı görünməmiş bir hadisə ilə üzləşib - Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi öz ölkələrinin Xarici İşlər Nazirliyi və Miqrasiya Xidmətinə istinad edərək azərbaycanlılara giriş vizası verməkdən imtina edir. Üstəlik, bir çox Azərbaycan vətəndaşları qəflətən BƏƏ-nin Miqrasiya Xidmətinin qara siyahısına düşərək Əmirlik ərazisinə girişə ömürlük qadağa qoyublar.

“Haqqin.az” xəbər verir ki, ötən gün Azərbaycan vətəndaşı, biznesmen Xəyyam Səfərli Dubay hava limanında saxlanılıb.

İş adamı saxlanılmazdan bir qədər sonra məsələ ilə bağlı öz instaqram hesabında paylaşım edib.

Məlumata görə, X.Səfərli hər hansı səbəb olmadan saxlanılıb, onun iş vizası isə ləğv olunub.

Sayt yazır ki, Birləşmiş Ərəb Əmirliklərində yüzlərlə digər Azərbaycan vətəndaşına qarşı da oxşar addımlar atılır. Azərbaycanın BƏƏ-dəki səfirliyindən sayta verilən məlumata görə, diplomatik nümayəndəlik Xəyyam Səfərli ilə bağlı yaranmış insidentlə əlaqədar BƏƏ-nin Xarici İşlər Nazirliyinə nota göndərib.

Azərbaycanın bir çox turizm şirkətlərinin rəhbərləri mövcud vəziyyəti narahatlıqla izləyir, iki ölkə arasında münasibətlərdə ilk dəfədir ki, belə viza böhranı ilə üzləşdiklərini vurğulayırlar. “Adətən səfirlik vizaları bir neçə saat ərzində verirdi. İndi də bütün vətəndaşlarımızın adları qara siyahıya salınıb. Biz nə baş verdiyini başa düşmürük”, - Azərbaycanın turizm sənayesinin liderlərindən biri Azeri Daily-yə bildirib.

XİN-dən bildirilib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu yayılan xəbərlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti üzrə ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi, Dubay şəhərindəki Baş Konsulluğu, eləcə də BƏƏ-nin Azərbaycanda səfirliyinə müvafiq sorğu göndərib.

“Daxil olmuş məlumata əsasən, Azərbaycan vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri tərəfindən kütləvi şəkildə giriş vizasının rəsmiləşdirilməsində çətinliklər yaradıldığı, vətəndaşlarımıza giriş qadağaları qoyulduğu barədə xəbərlər həqiqəti əks etdirmir”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ