Bakıda küçədə cərimə yazılan şəxsi ələ saldı, həbs edildi

Küçədə tanımadığı şəxsə və polisə yaxınlaşaraq içkili halda zarafatlar edən şəxs həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Nizami rayonunda Q.Qarayev prospektində baş verib. Kafedə dostu ilə yeyib-içən İsmayıllı sakini oradan çıxdıqdan sonra bir maşının yol polisi tərəfindən saxlanıldığını və sürücüyə protokol yazıldığını görüb.

İttihama əsasən, bu zaman o, sürücüyə yaxınlaşıb onunla söhbət edib zarafatlaşaraq ələ salmağa başlayıb. Səki ilə hərəkət edən şəxsin aidiyyəti olmadığı halda onlara yaxınlaşaraq maneə törətməsinə görə polis əməkdaşı E.Fərəcova irad tutub. Xidməti fəaliyyətlərini pozduğunu bildirib. Bu zaman o, polis əməkdaşı ilə mübahisə edərək əl-qol atıb. Daha sonra onun paqonunu dartaraq qoparıb.

Bu hərəkətlərindən dolayı E.Fərəcov Nizami rayon 25-ci polis şöbəsinə aparılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ