“Park Qusar”da yanğında yaralananların vəziyyəti necədir?

“Park Qusar” hotelindəki yanğında xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə TƏBİB-in yaydığı məlumatda bildirilir.

Xəsarət alanlardan beş nəfəri Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir. Bir nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, yanğın zamanı dörd nəfər hadisə yerində dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ