Qusarda hotelin kotecində yanğın - 4 nəfər öldü

Qusar rayonunun Caqar kəndində “Park Qusar” istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verib.

Hadisə nəticəsində dörd nəfər ölüb - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov. Yanğın zamanı digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.

Yanğından mühafizə bölmələri tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı mühafizə olunub, yanğın söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindın baş verdiyi ehtimal edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ