Rəşid Mahmudov: Azərbaycanın bəzi telekanalları ölkənin əleyhinə işləyir

Son zamanlar mediada neqativ hadisələr, intiharlar, qətllər, ailə münaqişələri ilə bağlı xəbərlər dərc olunur.

Buta.media xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-la Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov öz fikirlərini bölüşüb.

Rəşid Mahmudovun sözlərinə görə, Azərbaycanın bəzi telekanalları ölkənin əleyhinə işləyir:

"Son vaxtlar xoşagəlməz xəbərlərlə rastlaşıram. Nəyə lazımdır, kimə lazımdır bu? Hələ o günlərdə itini itirən qadınla bağlı xəbər yayıldı. Bütün jurnalistlər də bunu yazdı. O qadına deyən lazım idi ki, itini yox, gərək, özünü itirərdi. Azərbaycanın problemi qadının itinin itməsidirmi? Xeyr, xalqın daha da mühüm problemləri var. Bu kimi xəbərlərlə cəmiyyətin başını pozmasınlar".

R.Mahmudov jurnalistlərə Belinskini, Puşkini oxumağı təklif edib:

"Təklif edirəm ki, jurnalistlər Belinskini, Puşkini oxusunlar. Daha hər gün saytları intihar, ölüm və digər mənasız xəbərlərlə doldurmasınlar. Təkcə biz də deyil, bütün ölkələrdə hər gün hadisələr baş verir. Hadisə baş verir, aidiyyatı qurum var. Aidiyyatı qurum məşğul olsun, jurnalistlər yox. Bircə o qalıb ki, cəmiyyətin asqırmağını da yazısnlar. Belə etməklə bu ölkəni, bu xalqı hara aparırsınız?".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ