Sənə qurban olum Riçi: Gözyaşlarını tökən qadın itini tapdı - VİDEO

Bakıda oğurlanan Riçi adlı it tapılıb.

Buta.media-nın məlumatına görə, itin yiyəsi Farina adlı xanım “Səni axtarıram” verlişinə müraciət edib.

Lakin itini tapmaq üçün “Səni axtarıram”a qədər xanım efirə çıxmazdan əvvəl itini tapıb.

Verlişin aparıcı Xoşqədəm Bəxşəliyev bildirib ki, it "suşi" yeyir.

“Sənə qurban olum Riçi. Mama qurban. Nə olub sənə?! Nə yemisən ?!” - Farina itə deyib.

Qeyd edək ki, iti oğurlanan qadın bu gün sosial şəbəkələrdə müracət yaymışdı. Xanım müraciətində itinin avtomobilin arxa oturacağından oğurlandığını və onu qaytaracaqları təqdirdə 1000 manat pul verəcəyini bildirmişdi. O, itsiz yaşaya bilməyəcəyini deyib və ağlamışdı. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ