Şagirdə məktəbdə şiddət göstərilib? - açıqlama

Valideyn tərəfindən sosial şəbəkədə Məktəb-Lisey Kompleksinin VII sinfində təhsil alan övladının (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan məlumat məktəb rəhbərliyi tərəfindən araşdırılıb.

Məktəb-Lisey Kompleksindən bildirilib ki, 27.12.2022-ci il tarixdə məktəbdə VII və IX siniflər üzrə monitorinq (riyaziyyat, tədris dili, ingilis dili fənləri) təşkil olunub. Monitorinq zamanı prosesə qeyri-ixtisas müəllimləri nəzarətçi qismində cəlb edilib:

“Qeyd olunan sinfin şagirdləri digər siniflərdə monitorinqin bitdiyini əsas gətirərək müəllimdən prosesi sonlandırmasını istəyiblər. Müəllim sual kitabçalarını toplayıb dəhlizə çıxıb. Sonra digər sənədlərin sinifdə qaldığını xatırlayaraq geri qayıdan zaman sürətlə sinfi tərk edən şagird qapıda onunla toqquşub və sual kitabçaları məktəblinin üzünə toxunub. Müəllim şagirdin zədə almadığını müəyyən edib və evə yola salıb. Bu gün məktəb rəhbərliyi tərəfindən şagirdlə söhbət aparılıb və valideyni məktəbə dəvət olunub”.

Məlumat üçün qeyd edək ki, hadisə 43 saylı məktəb-liseydə baş verib.

Sosial şəbəkədə yayılan məlumata görə, 7p sinfinin şagirdləri monitorinqdən çıxan zaman oğlanlardan birinin sürətli hərəkət etməsi müəllimənin xoşuna gəlməyib. Monitorinqi keçirən müəllimə həmin oğlanın üzünə şillə ilə möhkəm vurub. Şillənin zərbəsi o qədər güclü olub ki, şagirdin sifətində izi qalıb. Bu foto sosial şəbəkədə yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ