Azrbaycanda qadın əri tərəfindən döyüldüyü üçün körpəsini öldürdü - TƏFƏRRÜAT

Ağdamın Ayaq Qərvənd kəndində dəhşətli hadisə baş verib. Rayonun işğal altındakı Göytəpə kəndindən məcburi köçkün düşmüş İsmayılovlar ailəsində baş verən münaqişə nəticəsində ana səkkiz aylıq övladını öldürüb.

Buta.media-nın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Ağdam Rayon İcra Hakimiyyəti (RİH) başçısının Qərvənd kənd üzrə nümayəndəsi Zakir Əliyev məlumat verib. 

Onun sözlərinə görə, həmin ailə Göytəpə kəndindən məcburi köçkün kimi Qərvənd kəndinin ərazisində, Sultanbud deyilən meşə massivində məskunlaşıb.

"Ailə başçısı Göytəpə kənd sakini İsmayılov Zamir Ramiz oğlu ikinci evliliyini İsmayılova Günel Şahsevən qızı ilə edib. İsmayılovlar ailəsinin birgə nikahından İsmayılova Nərmin Zamir qızı dünyaya gəlib. Bu gün həyat yoldaşı tərəfindən döyülən qadın ərinin evdən getməsindən sonra səkkiz aylıq övladını boğub öldürüb" - deyə həmsöhbətimiz bildirib.

"Qadın hadisədən sonra polis bölməsinə gələrək təslim olub. Günel Zamirə qoşulub qaçdığı üçün ata-anası ilə münasibətləri olmayıb. Ehtimal olunur ki, ananın belə bir addım atması yaxın ətrafının mənəvi dəstəyindən məhrum olmasından qaynaqlanır" - deyə Z.Əliyev vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ