Ağdamda dəhşət yaşandı: Ana körpəsini boğaraq öldürdü

Ağdamda ana qızını qətlə yetirib.

Buta.media məlumat verir ki, ONA-nın yerli muxbirinin xəbərinə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ