Rəşad özü polisə təslim olub - DİN

Noyabrın 9-u saat 05:00 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Qaradağ Rayon Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur.

10:32

Rəşad Dağlı qonşusunu bıçaqlayaraq qətl hadisəsi törədib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya məsələ ilə bağlı açıqlama verib.

“Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törədəndən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etiraf edib. Hazırda qeydə alınan cinayət işi üzrə araşdırmalar davam etdirilir”, - Elşad Hacıyev bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ