Ermənistanla danışıqların davam etdirilməsinə ehtiyac var - nazir

Azərbaycan sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. Bu istiqamətdə danışıqların davamına ehtiyac var və Azərbaycan buna hazırdır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov XİN-də 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

“Amma təəssüf ki, prosesin ləngiməsi müşahidə olunur. Ermənistan tərəfindən normalaşmaya qarşılıq verilmir, biz ciddi əməli addımların atılmasını görmürük. Üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq, ərazilərdən hələ də tam olaraq erməni birləşmələri çıxarılmayıb, mina təhlükəsi qalır və bununla bağlı Ermənistan tərəfindən dəqiq xəritələr tam təqdim olunmayıb. Bu ilin yayında aşkar olunub ki, Ermənistan Laçın ətrafında minalar yerləşdirib. Bu da Ermənistanın təxribatının davam etməsinin sübutudur”, - nazir qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ