Bakıda yol polisindən qaçan “Porsche” sürücüsü təhlükə yaratdı - video

Bakıda sürücü yol polisinə tabe olmayıb. “Unikal”ın məlumatına görə, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, yol polisi tərəfindən 77-AN-705 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobilə “saxla” əmri verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarına tabe olmayıb. 

O, avtomobili səki üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçmağa çalışıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ