Qarabağ Universitetinin yataqxanasının görüntüləri yayıldı - video

Xankəndidəki Qarabağ Universitetinə məxsus yataqxananın görüntüləri yayılıb.

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Yataqxana ali təhsil müəssisəsinin tələbə və müəllim heyəti üçün nəzərdə tutulub.

Qeyd edək ki, Qarabağ Universitetinə bu tədris ilindən etibarən tələbə qəbulu nəzərdə tutulur. Universitetdə bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq. Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması planlaşdırılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ