Əliyev, Paşinyan və Putin Soçidə görüşəcəklər - KİV

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər.

Bu barədə “Vedomosti” qəzeti yazır.

Qeyd olunur ki, danışıqlar oktyabrın son günlərində baş tuta bilər, onların keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur və seçim böyük ehtimalla Soçinin üzərinə düşəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ