Heydər Əsədova nazirlərin gəzdiyi xidməti avtomobil verildi - FOTO

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin olunan sabiq kənd təsrrüfatı naziri Heydər Əsədov "BMW” markalı xidməti avtomobillə təmin edilib.

Buta.media xəbər verir ki, Unikal.org-un məlumatına görə, Heydər Əsədov rektor təyin olunduqdan sonra, işə nazirlərin gəzdiyi "BMW” markalı "10 AA 517” nömrəli xidməti avtomobillə gedib-gəlir.

Qeyd edək ki, Heydər Əsədov 2007-2013-cü illərdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ