Ərdoğan hicab məsələsini referenduma çıxarmağı təklif etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsinin ümumxalq səsverməsinə (referendum) çıxarılmasını təklif edib.

O, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun müvafiq qanun layihəsini parlamentin müzakirəsinə çıxarmaq təşəbbüsünü şərh edərkən deyib.

O bildirib ki, hicab seçimi insanın şəxsi hüququdur, bu məsələ parlamentdə həll olunmursa, xalq qərar verməlidir:

“Gəlin, bu məsələni referenduma çıxaraq, qoy xalq qərar versin. Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik. Təəssüf ki, hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ