Son 80 ildə ilk dəfə olaraq ABŞ ordusunun 101-ci hava-desant diviziyası “Qışqıran qartallar” Avropada yerləşdirilib.
Diviziya komandirləri CBS News-a bildiriblər ki, onlar NATO-nu qorumaq üçün Avropaya gəliblər və “hərbi eskalasiya və ya NATO-ya hücum olarsa, sərhədi keçib Ukraynaya daxil olmağa tam hazırdırlar”.
101-ci Hava Desant Diviziyası 4700 əsgərdən ibarət yüngül piyada qrupudur. Hazırda Rumıniyada yerləşiblər.
“Biz NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırıq. Biz yüngül piyada əsgəriyik və bu hərəkətliliyi hava və hava hücumuna gətiririk”, - deyə Diviziya komandirinin müavini Con Lubas bildirib.