Binəli Yıldırım Türkiyəyə yola salındı

Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.

Bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı öz rəsmi tviter hesabında paylaşıb.

Səfir, həmçinin paylaşımında Prezident İlham Əliyevin Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçini xəstəxanada ziyarət etdiyini də xatırladıb: “Yaxından maraq göstərdiyi üçün cənab Prezidentə təşəkkür edirik. Var olsun! Onların vəziyyəti yaxşıdır. Türkiyəyə yola saldıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ