Üç uşaq anası ərinin öldüyü xəstəlikdən vəfat etdi

smayıllıda 34 yaşlı qadın vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Qalagah kənd sakini Samirə Qasımovanın halı gözlənilmədən pisləşib və o, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Ancaq müayinə zamanı məlum olub ki, o, artıq keçinib. Mərhumun vərəm xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, S.Qasımova 3 uşaq anası olub. Onun əri də bir neçə il öncə eyni xəstəlik səbəbindən dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ