Binəli Yıldırımın qəzaya düşdüyü avtomobilin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırımla millət vəkili Şamil Ayrım yol qəzasına düşüb.

Sosial mediada Binəli Yıldırımın qəzaya düşdüyü avtomobilin görüntüləri yayılıb.

Qeyd edək ki, sabiq baş nazirin olduğu avtomobil Zəngilan Hava Limanına gedən yolda qəzaya uğrayıb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Yıldırımla Ayrımın vəziyyəti yaxşıdır. Onlar yoxlanış məqsədilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.

Onlara dəstək olmaq üçün AKP-nin sədr müavini Ömər Çəlik də Bakıda qalacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ