Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Belarus ərazisindən hücum təhlükəsi artır.
Məlumatda qeyd olunur ki, hücumun hədəfi Kiyev ola bilməz.
“Hücumun istiqaməti tərəfdaş ölkələrdən Ukraynaya silah və hərbi texnikanın tədarükü ilə bağlı əsas logistika damarlarını kəsmək üçün Belarus-Ukrayna sərhədinin qərbinə doğru dəyişdirilə bilər”, - Baş Qərargah rəisinin müavini Aleksey Qromov deyib.
Onun sözlərinə görə, Belarus qoşunları hrəbi-hava qüvvələrini və digər bölmələri hazır vəziyyətə gətirir, eyni zamanda ölkə ərazisində gizli səfərbərlik işləri görülür, aerodromlarda isə “Kinjal” qanadlı raketləri ilə təchiz edilə bilən MiQ-31 təyyarələri durur.