Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə Ukraynanın ilhaq edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyətin tətbiqi barədə qərar qəbul edib.
Putin bildirib ki, müvafiq fərman artıq imzalanıb. Həmçinin, Rusiya Federasiyasının prezidenti qeyd edib ki, bütün regionların rəhbərlərinin səlahiyyətlərinin genişləndirilməsi haqqında fərman imzalanıb.
Bundan əlavə, Putin Rusiya Federasiyasının Baş nazirinin rəhbərliyi altında Koordinasiya Mərkəzinin yaradılmasını elan edib. Onun tərkibinə baş nazirin müavinləri, prezident administrasiyasının nümayəndələri və nazirlər daxil olacaq.