Rusiyada Alyaskanı geri qaytarmağa çağırırlar

“Rusiya Kommunistləri” Partiyası Alyaskanın ABŞ-a “verilməsini” geosiyasi səhv hesab edir və bu ərazini “geri qaytarmağa” çağırır. Bunu partiya sədri Sergey Malinkoviç deyib.

“Alyaskanın amerikalılara verilməsi çar hökumətinin ən böyük geosiyasi səhvlərindən biridir. Bu sövdələşmə açıq-aşkar qeyri-şəffaf idi, güclü siyasi təzyiq altında və çar administrasiyasındakı agentlərin iştirakı ilə baş verib... Bununla belə, dünya tarixində ərazinin geri qaytarılması ilə bağlı presedentlər olub və biz Rusiyaya arxalanmalıyıq”, - deyə o bildirib.

Siyasətçi Rusiya hakimiyyətini 155 il əvvəl ABŞ-a verilmiş ərazilərin qaytarılması ilə bağlı işə başlamağa çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ