İran Azərbaycanla sərhəddə təlimlərə başladı

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanla sərhəddə təlimlərə başlayıb.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Təlimlər “Güclü İran” şüarı altında keçirilir.

Tehranın elan etdiyi təlimlərin məqsədi qoşunların hərbi gücünü artırmaqdır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Pakpurun sözlərinə görə, “bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsidir”, İranın düşmənləri üçün isə “SEPAH-ın ölkənin sərhədlərinə istənilən təhdidlərə qətiyyətlə cavab verməsinə hazır olmasıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ