Azərbaycanda 9 milyonuncu sakin olan uşaq 15 yanvar 2010-cu il saat 05.10-da radələrində Naxçıvanda dünyaya gəlib. 9 yaşında 10 milyon olduq - Valideyinləri körpənin adını isə İlham qoymuşdular. Diqqqətinizə çatdıraq ki, 9 milyonuncu sakinin atası da polis əməkdaşı olub.
Buta.media xəbər verir ki, mövzunun aktuallığını nəzərə alaraq Unikal.org Azərbaycanın 9 milyonuncu vətəndaşı İlham Əhmədovun atası ehtiyatda olan polis mayoru İlkin Əhmədovla əlaqə saxlayıb.
İlkin Əhmədov övladının səhhəti, təhsili və digər məsələlər barədə maraqlı açıqlama verib.
"İlham bu gün bütün dərslərindən 5 qiyməti alır. Çalışır ki, adına, vətənə layiq bir övlad olsun. O vaxt polis kapitanı idim. Bakıda işləyirdim. Hazırda polis mayoru kimi, səhhətimlə əlaqədar təqaüddəyəm. Naxçıvanda yaşayıram. Övladım İlham Naxçıvan Muxtar Respublikasının Babək rayonu Cəhri kəndin 1 nömrəli pilot orta məktəbin 3-cü sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Bununla belə, İlham musiqi ilə (tar) və karate ilə də məşğuldur. Bacardığımız qədər çalışırıq ki, İlhamı dövlətimizə, xalqımıza layiqli övlad kimi böyüdək.
Prezident bizə o vaxtı mənzildə hədiyə etdi. 2010-cu il yanvarın 15-də övladımın dünyaya gəlməsi ilə Azərbaycan artıq doqquz milyonluq əhalisi olan bir ölkəyə çevrildi. Bu hadisənin tarixi əhəmiyyətini və ölkəmizin doqquz milyonuncu vətəndaşının sosial müdafiəsinin təmin olunması zərurətini nəzərə alaraq cənab prezident Bakı şəhərində bizə 3 otaqlı mənzil hədiyyə etdi. Bununla belə, övladımın adına 20 min manat banka qoyulub.
Ölkə başçısının tapşırığına əsasən bu məbləğin faizlər hesabına artırılmasını və əmanətçi (övladım) 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin edilib. Allah dövlətimizi, cənab prezidenti var eləsin. O, hər zaman bizim yanımızda olduğu kimi, biz də İlham Əliyevin yanında olacağıq".