Mingəçevirdə filial müdirləri faciəvi şəkildə öldü

Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

APA xəbər verir ki,  həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.

Bunlar 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovadır.

Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ