Ermənilər rusiyalı hərbçiləri güllələdilər: xeyli sayda ölənlər var

Rusiyanın Belqorod şəhərində terror aktını ermənilər törədiblər.

Bu barədə ermənipərəst bloqer Semyon Peqov öz Telegram kanalında yazıb.

“İlkin məlumata görə, cəbhəyə göndərilməyə hazırlaşan könüllülərə iki Ermənistan vətəndaşı atəş açıb”, - deyə Peqov qeyd edib.

RF Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində 11 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb. “SOTA” Teleqram kanalı öz mənbələrinə istinadən 22 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığını açıqlayıb.

Həmçinin qeyd olunur ki, hər iki terrorçu cavab atəşi ilə zərərsizləşdirilib. 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ