Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri paytaxtın mərkəzindən təhsil aldıqları universitetə gələn yeganə marşrut xətti olan 199 saylı avtobusların yolunun bağlanması ilə bağlı ötən ay müraciət yaymışdılar. Tələbələr “Vaz” adı ilə tanınan dairənin tamamilə bağlanması səbəbindən avtobusların universitetin qarşısına gələ bilmədiyini, buna görə hər gün əlavə yarım saat vaxt itirdiklərini bildirmişdilər.
Artıq həmin ərazidə nəqliyyatın rahat hərəkəti üçün geriyədönmə işləri aparılır.
Belə ki, “Vaz” dairəsində ümumi 1400 metrlik ərazi genişləndirilərək avtobusların rahat hərəkəti təmin olunacaq. Sürücülər yaxın məsafədən geridönmə edə biləcəklər.