Azərbaycanda keçmiş rəis vəfat etdi - foto

Gəncə şəhərində keçmiş polis rəisi dünyasını dəyişib. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq rəisi Adil Əliyev ürəktutmadan həyatını itirib.

Bir müddət öncə ürəyindən əməliyyat olunan A.Əliyevin səhəti ağırlaşıb və onu xilas etmək mümkün olmayıb. 

Məlumat üçün bildirək ki, A.Əliyev 2005-2007-ci illərdə həmin vəzifəsini icra edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ